Beynəlxalq İdman Araşdırmalar Mərkəzi (CİES) dünyanın ən bahalı futbolçularının adlarını açıqlayıb.

Unikal.org-un apasport.az-a istinaddən xəbər verir ki, siyahıya "böyük beşlik ölkələrində (İngiltərə, İspaniya, İtaliya, Almaniya, Fransa) çıxış edən 110 futbolçu daxil edilib.

Maraqlıdı ki, siyahıya nə Lionel Messi, nə də Kriştianu Ronaldo başçılıq edir. İlk pillədə "Barselonanın braziliyalı hücumçusu Neymar qərarlaşıb. "Sambaçının transfer qiyməti 210,7 milyon avro məbləğində dəyərləndirilib. Onu "Tottenhemin iki üzvü - Dele Alli və Harri Keyn izləyirlər.

Messi 4-cü, Ronaldo isə 11-ci yerdə qərarlaşmaqla kifayətlənib.

1. Neymar - 210,7 milyon avro (25 yaş. "Barselona - müqavilə müddəti 2021-ci ilə qədər)

2. Dele Alli - 155,1 milyon (22 yaş. "Tottenhem - 2022)

3. Harri Keyn - 153,6 milyon (23 yaş. "Tottenhem - 2022)

4. Lionel Messi - 151,7 milyon (30 yaş. "Barselona - 2018)

5. Antuan Qrizmann - 150,3 milyon (25 yaş. "Atletiko - 2021)

6. Luis Suares - 140,8 milyon (30 yaş. "Barselona - 2021)

7. Pol Poqba - 134,3 milyon (24 yaş. "Mançester Yunayted - 2021)

8. Qonsalo İquain - 120,2 milyon (29 yaş. "Yuventus - 2021)

9. Eden Azar - 117,2 milyon (26 yaş. "Çelsi - 2020)

10. Paulo Dibala - 115,3 milyon (23 yaş. "Yuventus - 2022)

11. Kriştianu Ronaldo - 112,4 milyon (32 yaş. "Real - 2021)

12. Kevin de Bruyne - 110,5 milyon (25 yaş. "Mançester Siti - 2021)

13. Romalu Lukaku - 105,4 milyon (24 yaş. "Everton - 2019)

14. Robert Levandovski - 100,6 milyon (28 yaş. "Bavariya - 2021)

15. Rahim Sterlinq - 98,8 milyon (22 yaş. "Mançester Siti - 2020)

Qeyd edək ki, dəyərləndirmə aparılarkən bir çox amillər - futbolçunun müqavilə müddəti, klubunun çıxışı, fərdi oyunu, yaşı, meydandakı mövqeyi və milli komandadakı çıxışı nəzərə alınır.