Xəbər verdiyimiz kimi prezident İlham Əliyev Cocuq Mərcanlı kəndinə səfər edib

Unikal.org bildirir ki, dövlət başçısı Cocuq Mərcanlının bərpası çərçivəsində görülən işlərlə tanışlıq zamanı kənd sakini Oqtay Həziyevin evində oldu. Səkkiz nəfərlik bu ailə təhlükəli olmasına baxmayaraq, 1994-cü ilin aprelindən kənddə yaşayır və bütün məcburi köçkünlərə nümunə olmaqla yanaşı, əsl vətənpərvərlik və fədakarlıq göstərir. 

Prezident İlham Əliyev Oqtay Həziyevin ailə üzvləri ilə söhbət etdi.