Populyar  aktyor, Hollivud ulduzu Nikolas Keyc Las-Veqas şəhərində (ABŞ, Nevada ştatı) dünyaca populyar rok-musiqiçi, "Motley Crue" qrupunun vokalisti Vins Nillə dalaşıb.
Unikal.org milli.az-a istinadən bildirir ki, 52 yaşlı aktyorla 55 yaşlı roker arasındakı dava qadın üstündə olub.  35 yaşlı qadının Nikolas Keycə yaxınlaşaraq avtoqraf istədiyi, bu zaman Vins Nilin həmin qadına sataşdığı deyilir.
Daha sonra Nil qadını təhqir edib, Keyc də qadını müdafiə edərək rokeri döyməyə başlayıb. Dalaşanları polis və mühafizəçilər ayırıblar. Rokeri tutmuş Keyc onu sonradan sakitləşdirməyə çalışıb: "Sakitləş, sus! Hər şey yaxşıdır!"
Olay "Sin City"dəki "Aria Resort & Casino"nun qarşısında baş verib.
Nikolas Keyc və Vins Nil kazinodan çıxanda sərxoş olublar.