Xəbər verdiyimiz kimi, Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Azərbaycan şöbəsinin əməkdaşları Dağlıq Qarabağın şimalında yerləşən Talış kəndinin yaxınlığında qoşunların təmas xəttində həlak olan 7 hərbçinin cəsədini götürüblər.
Unikal.org xəbər verir ki, millət vəkili Aydın Mirzəzadə facebook səhifəsində həmin hərbçilərdən ikisinin adını açıqlayıb. Deputat bildirib ki, Mingəçevirdən iki nəfər şəhid olub:
"Gizir Teymur Qasımov və müddətdən artıq qulluq edən hərbi qulluqçu Adil Adilzadə 2 aprel tarixində döyüşlərdə həlak olub. Dünən Ermənistan-Azərbaycan cəhhə xəttində Teymurun cəsədi Azərbaycan tərəfə təhvil verilib, Adilin məsələsi isə hal-hazırda həll edilir.
Mingəçevirə gedərək onların yas mərasimində iştirak edib, yaxınları ilə dərdlərini bölüşəcəyəm".
Allah rəhmət eləsin!