Tərəflər döyüş meydanından neçə nəfərin meyidini götürüblər?
Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində qarşı tərəflərə neçə nəfərin meyidinin təhvil verilməsinə dair BQXK heç bir məlumat verməyəcək.
Unikal.org xəbər verir ki, bu barədə Milli.Az-ın Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində aprelin 2-4-dəki hərbi əməliyyatlardan sonra hər iki tərəfdən döyüş meydanında qalan meyitlərin Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) vasitəçiliyi və rəhbərliyi altında tapılıb təhvil verilməsi ilə bağlı sorğusuna cavab olaraq BQXK-nın Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova məlumat verib.
Onun sözlərinə görə, çünki əməliyyatı BQXK yox, münaqişə tərəfləri həyata keçirib: "BQXK neytral vasitəçi olaraq aprelində 8-də Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində döyüş meydanında qalan meyitlərin tapılması və götürülməsi əməliyyatında vasitəçi olub. BQXK sadəcə tərəflərin razılığı ilə döyüş meydanında qalan meyitlərin toplanması əməliyyatına dəstək verib".
eyd edək ki, Müdafiə Nazirliyi aprelin 8-də Bakı vaxtı ilə saat 15.00-dan başlayaraq qoşunların təmas xəttində atəşkəs rejiminin bərpa olunması barədə razılığa gəlindiyini və ATƏT nümayəndələri və BQXK-nın vasitəçiliyi ilə 15.00-dan 20.00-dək döyüş meydanında qalmış hər iki tərəfin hərbi qulluqçularının meyitlərinin götürülməsi prosesinin həyata keçirilməsinin planlaşdırıldığını bildirmişdi.
"Qafqazinfo"nun Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, yerli vaxtla saat 15:00-da qoşunların Talış kəndinin yaxınlığında qoşunların təmas xəttindəki postlardan birinə BQXK-nın hər iki tərəfdən nümayəndələri gəliblər. BQXK-nın erməni əməkdaşları Azərbaycan tərəfinə təhvil vermək üçün həlak olmuş hərbçilərin nəşini gətiriblər. Onların vasitəçiliyi ilə Azərbaycan tərəfindən həlak olmuş 7 hərbçinin nəşi götürülüb.

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Aydın Mirzəzadə bildirib ki, aprelin 2-də gedən döyüşlərdə Mingəçevir şəhərindən 2 nəfər - gizir Teymur Qasımov və müddətdən artıq qulluq edən hərbi qulluqçu Adil Adilzadə şəhid olub. Onlardan Teymur Qasımovun cəsədi aprelin 8-də Ermənistan-Azərbaycan cəhhə xəttində Azərbaycan tərəfə təhvil verilib.

Müdafiə Nazirliyi isə hələlik Azərbaycan tərəfdən döyüş meydanından neçə nəfərin meyidinin götürülməsinə dair rəsmi məlumat yaymayıb.