Aprelin 8-də Strasburqda Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəliyi qarşısında erməni diaspor təşkilatları Dağlıq Qarabağda son günlərdə baş verən hadisələrlə əlaqədar etiraz aksiyası təşkil ediblər.
Unikal.org oxu.az-a istinadən bildirir ki, bu barədə haqqin.az-a nümayəndəlikdən bildiriblər. 
Azsaylı qrup nümayəndəliyin binasının qarşısında toplaşan erməni manifestçiləri Strasburqda təhsil alan azərbaycanlı tələbələr tərəfindən qarşılanıb. Azərbaycanlı tələbələr erməniləri dalğalanan Azərbaycan bayraqları, eləcə də "Xocalıya ədalət", "Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünə son", "Biz sülh və ədalət istəyirik", "Qarabağ bizimdir, bizim olacaq!" şüarları ilə qarşılayıblar. 
Amma manifestçiləri daha böyük bir sürpriz gözləyirdi: tədbirin deklarasiyasının oxunuşu zamanı ətrafa "Sarı gəlin" və digər vətənpərvərlik mahnılarının sədası yayılırdı. 
Beləliklə, erməni millətçilərinin öz yalançı nitqlərinə diqqət çəkmək cəhdi boşa çıxdı və onlar dağılmağa məcbur olublar.