Aprelin 2-4-də Dağlıq Qarabağ münaqişəsi zonasında, Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində gedən qızğın döyüşlərdən sonra Azərbaycan və Ermənistan tərəfdə hərbi əsirlərin olmasına dair məlumat yoxdur.
Unikal.org xəbər verir ki, bununla bağlı Milli.Az-ın sorğusuna cavab olaraq Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova bildirib ki, hələ ki, son döyüşlərdən sonra BQXK-ya tərəflərdən hərbi əsirlərlə bağlı müraciətlərin daxil olmasına dair məlumat yoxdur.
Qeyd edək ki, tərəflər də özlərində hər hansı hərbi əsirin olması barədə heç bir rəsmi məlumat verməyiblər.