Daxili İşlər Nazirliyi dünən Nizami rayonunda 2 marşrut avtobusu və 1 minik avtomobilinin toqquşması ilə bağlı açıqlama verib.
Daxili İşlər Nazirliyindən unikal.org-a verilən məlumata görə, aprelin 8-də saat 10 radələrində paytaxtın Nizami rayonunun C.Naxçıvanski küçəsində Bakı şəhər sakini Dünyamalı Rzayev idarə etdiyi "Otoyol" markalı avtomobillə (103 saylı xətt avtobusu) yolu keçən paytaxt sakini Svetlana Jukovanı vurduqdan sonra Beyləqan rayon sakini Vasif Əliyevin idarə etdiyi "Daewoo" markalı avtomobillə (30 saylı xətt avtobusu) toqquşub.
İdarəetməni itirən V.Əliyevin avtomobili isə paytaxt sakini Araslan Xəlilovun idarə etdiyi "VAZ-2107" markalı avtomobilə dəyib. Nəticədə S.Jukova hadisə yerində ölüb, V.Əliyevin 11 sərnişini xəstəxanaya yerləşdirilib, ilkin tibbi yardım göstərildikdən sonra buraxılıblar.
Nizami RPİ tərəfindən araşdırma aparılır.