Dünən Qobustan rayonunda ata və azyaşlı oğlunun ölümü ilə nəticələnən yol qəzası baş verib.
Daxili İşlər Nazirliyindən unikal.org-a verilən məlumata görə, hadisə aprelin 8-də saat 19 radələrində Qobustan şəhərində qeydə alınıb. Rayon sakini Elnur Qədimovun idarə etdiyi "VAZ-21214" və Şəki rayon sakini Çingiz Yusifovun idarə etdiyi "Ford" markalı mikroavtobus toqquşub.
Nəticədə E.Qədimov və sərnişinlərindən - azyaşlı oğlu Rahid hadisə yerində ölüb, 3 sərnişini isə xəstəxanaya yerləşdirilib.
BDYPİ tərəfindən araşdırma aparılır.