Hərbi qulluqçuların meyitlərinin döyüş meydanından çıxarılması əməliyyatı davam etdiriləcək.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən unikal.org-a verilən məlumata görə, aprelin 9-da Bakı vaxtı ilə saat 16.00-dan 19.00-dək cəbhə xəttinin müəyyən olunmuş istiqamətlərində ATƏT nümayəndələri və Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə hər iki tərəfin razılığına əsasən hərbi qulluqçuların meyitlərinin döyüş meydanından çıxarılması əməliyyatı həyata keçiriləcək.
Qeyd edək ki, dünən də meyitlərinin döyüş meydanından çıxarılması əməliyyatı həyata keçirilib.