Bakıda keçiriləcək növbəti "Formula-1 yarışı ərəfəsində yeni ilin cədvəli açıqlanıb.

Unikal.org-un apasport.az -a istinadən məlumatına görə, Beynəlxalq Avtomobil Federasiyasının (FİA) Avtoidman üzrə Ümumdünya Şurasının İsveçrənin Cenevrə şəhərində baş tutan görüşü zamanı 2018-ci ildə "Formula-1 üzrə dünya çempionatının təqvimi təsdiqlənib.

Təqvimin 4-cü yarışı Azərbaycan Qran-prisi adı altında paytaxt Bakıda keçiriləcək. Bununla da gələn il ilk 2 ilin təqvimdəki yeri ilə müqayisədə daha əvvəldə qərarlaşıb. Ardıcıl 2 il "F1ə iyunda ev sahibliyi edən ölkəmiz yeni ildə turniri apreldə keçirəcək. Bakı Şəhər Halqası (BŞH) yarışı aprel 27-29-da təşkil edəcək.

Yeni təqvimin ilkin versiyasında digər maraqlı dəyişikliklər də var. 2016-cı ildə olduğu kimi 2018-ci ildə də rekord sayda yarış - 21 Qran-prinin keçiriləcəyi gözlənilir.

"Formula-1in rəhbəri Çeyz Keri təqviminin ilkin variantının elanından sonra mətbuata verdiyi açıqlamada bildirib ki, təşkilatçılarının hazırlıq üçün vaxtlarının daha çox olması üçün gələn ilin təqvimini vaxtından əvvəl yekunlaşdırmaq istəyirlər: "FİA ilə yaxın əməkdaşlıq nəticəsində buna nail ola bildik. Hazırki yarış təşkilatçılarımıza hər bir yarışın xüsusi tədbir olduğunu göstərmək və ən vacib tərəfdaşımız olan "Formula-1 həvəskarları üçün hər bir yarışı unikal və yaddaqalan etmək istiqamətində var gücümüzlə çalışırıq. Əgər buna nail olsaq, bütün "Formula-1 ailəsi bundan faydalana biləcək.