Ötən gün Pakistanın Paraçinar şəhərində bazarda baş vermiş iki partlayış zamanı ölənlərin sayı 57-yə çatıb.

Unikal.org xəbər verir ki, hadisə nəticəsində yaralıların sayı isə 300 nəfərə çatıb.

Bundan əvvəl 37 nəfərin öldüyü, 150 nəfərin xəsarət aldığı bildirilirdi.

Ötən gün daha bir partlayış isə Kvetta şəhərində polis məntəqəsinin yaxınlığında baş verib. Hadisə nəticəsində 13 nəfər ölüb.