Türkiyə Super Liqasının son çempionu "Beşiktaş" Portuqaliya millisinin müdafiəçisi Pepenin xidmətində maraqlıdır.

Unikal.org xəbər verir ki, "qartallar" bu ay "Real"la müqavilə müddəti başa çatsa da, yeni müqavilə bağlamayan 34 yaşlı futbolçunu heyətinə cəlb etmək üçün danışıqlara başlayıb. Türkiyə mətbuatında yer alan məlumata görə, İstanbul təmsilçisi Pepeyə ilə 3 milyon avro olmaqla, 2 illik müqavilə təklif edir. Portuqaliya millisinin müdafiəçisi isə "Beşiktaş"dan illik 5 milyon avro tələb edir.

Pepe, son 10 mövsümdə "Real"ın şərəfini qoruyub. O, "kral klubu"nun heyətində son mövsümdə şans qazandığı 18 oyunda 2 qol vurub, 1 məhsuldar ötürməyə imza atıb.