Bu gün Topaz Premyer Liqasında 29-cu turun növbəti oyunları keçirilib.

Unikal.org "Qafqazinfo"-ya istinadən xəbər verir ki, AZAL "İnter"lə qarşılaşıb. Oyun AZAL-ın qalibiyyəti ilə başa çatıb.

"İnter" - AZAL - 1:0

Qol: V.Nadirov, 64 (1:0).

Qeyd edək ki,  Vüqar Nadirovun atası Ərşad Nadirov I Qarabağ müharibəsində şəhid olub. Şəhid oğlu  qol sevincini əsgər salamı verməklə qeyd edib.