Hindistanın Qulmarq dağ-xizər kurortunda kanat yolunun kabinəsinin qoparaq yerə düşməsi nəticəsində 7 nəfər ölüb.

Unikal.org xəbər verir ki, bu barədə "India Today" nəşri məlumat yayıb.

Məlumata görə, kabinə üzərinə ağac aşması nəticəsində yerindən çıxıb.

Kabinədə iki uşaq daxil olmaqla bir ailənin üzvləri və bələdçi olub.