Bu gün FİFA Konfederasiyalar Kuboku - 2017-də qrup mərhələsinə yekun vurulub.

Unikal.org-un məlumatına görə, bu gün baş tutan iki oyunla sonuncu yarımfinalçıların adlarına aydınlıq gəlib.

B qrupunda keçirilən hər iki oyun da eyni saatda start götürüb.

Qrupdan isə Avstraliya ilə heç-heçə edən Çili və Kameruna qalib gələn Almaniya çıxıb. Qeyd edək ki, ötən gün Portuqaliya və Meksika milliləri yarımfinala yüksəlib. Beləliklə ½ finalda Portuqaliya-Çili (28 iyun) və Almaniya-Meksika (29 iyun) üz-üzə gələcəklər.