Marneuli-Tiflis avtomobil magistralının Teleti sahəsində Ermənistan dövlət nömrə nişanlı avtobus minik maşını ilə toqquşaraq aşıb.

Unikal.org-un məlumatına görə, toqquşma nəticəsində avtobusdakı sərnişinlər yaralanıblar. Hadisə yerinə polis və təcili tibbi yardım briqadası cəlb edilib. Üç nəfər yaralı sərnişin xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Gürcüstan CM-nin 276-cı maddəsi ilə iş qaldırılıb və araşdırma aparılır.