Bolqarıstanda futbol komandalar arasında keçirilən yoldaşlıq oyununda maraqlı hadisə yaşanıb.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, Bolqarıstanda komandalar arasında keçirilən yoldaşlıq oyununda meydana əvvəl inək və sonra isə it girib.

Televiziyada canlı yayımlanan futbol oyununda meydana girən inək maraqlı anların yaşanmasına səbəb olub.

Qeyd edək ki, hadisə PFC Botev Plovdiv ilə Kipr Rum Seqmenti Cypriot AEL Limassol komandaları arasında keçirilən yoldaşlıq oyunu zamanı baş verib.