Mançesterdə "Thomas Cook" aviaşirkətinə məxsus təyyarə təcili eniş edib.

Unikal.org "Daily Mail" qəzetinə istinadən xəbər verir ki, təyyarənin təcili eniş etməsinə səbəb qanadın qırılması olub.

Bildirilir ki, təyyarə yerli vaxtla saat 12.20-da Mançesterdən Kubaya yola düşüb. Təyyarə yerli vaxtla saat 15.00-də eniş edib.