"Barcelonada forma geyinən futbolçu Lionel Messinin 30 yaşı olub.

Unikal.org-un xarici KİV-ə istinadən məlumatına görə, argentinalı futbolçu ailəsiylə evdə qeyd etdiyi ad günündən çəkdirdiyi fotosunu İnstaqram hesabında paylaşıb.

1987-ci il təvəllüdlü Messi şəklin altına "Xoş arzularınız üçün təşəkkürlər" qeydini yazıb.

Xatırladaq ki, futbolçu uzun müddətdir birlikdə olduğu sevgilisi Antonella Rokkuzzo ilə bu ilin iyunun 30-da nikah masasına oturacaq. Mərasimin Argentinada baş tutacağı bildirilir.

30 yaşlı Messi 28 yaşlı Antonella ilə 2009-cu ildən görüşür. Onların 4 yaşlı Tyaqo və 1 yaşlı Mateo adlı övladları var.