Hamıya məlumdur ki, Uşu-sanda üzrə ikiqat dünya və Avropa çempionu, Dünya Kubokunun sahibi, Azərbaycan uşu-sanda yığmasının sabiq baş məşqçisi Canpolad Budaqov hazırda Rusiyada həbsdədir. Budaqovlar ailəsinin üzvləri dəfələrlə onun həyatının təhlükə altında olduğunu bildirib. Ancaq son 1 ildən çoxdur ki, Azərbaycanın ilk uşu-sanda üzrə dünya çempionun vəziyyəti ilə bağlı məlumat yoxdur.

Bunun üçün də Canpolad Budaqovla bağlı xəbər almaq üçün onun qardaşı Elman Budaqovla əlaqə saxladıq.

Unikal.org-a danışan çempionun qardaşının şərlənməsinə toxunub. O həmçinin Azərbaycanda Canpolad Budaqoun azadlığa buraxılmasını istəməyən idman qurumlarının rəhbərlərindən də danışıb.

 
- Qardaşınızla yəqin ki, əlaqə saxlaya bilirsiz? Hazırkı durumu necədir?

- Bəli... Həbsxananın daxili normativlərinə uyğun olaraq mütəmadi, müəyyən edilmiş günlərdə əlaqə saxlayırıq. Hazırkı vəziyyəti isə heç də qənaətbəxş deyil. Peşəkar idman həyatında aldığı zədələr indi öz sözünü deyir. Ayaqlarlnda kəskin ağrılar olur deyə sağlamlmamasından ciddi narahatıq.

- Orada müayinə və müalicə edilmi?

- Həbsxana həyatını düşmənimə də arzu etmirəm. Müayinə edirlər. Ancaq etməsələr ondan yaxşıdır. Bilirsiz, insana təsir edən bu hallar deyil. Bundan böyük qlobal problemlər var. Sadəcə bu məsələyə toxunan yoxdur. Bütün idman aləmi yaxşı bilir ki, Canpolad Uşu-Sandanın ilk və tək dünya çempionudur. 2 dəfə dünya, 2 dəfə Avropa birincisi olub. Bu günə qədər Uşu-Sandada onun qələbələrini təkrarlayan yoxdur.

İslam Həmrəylik Oyunlarında İran Komandası Azərbaycan millisini darmadağın etdi. Sizcə niyə?

-Çünki düzgün təlim-məşq keçirilmir. İdmamçılar yarışlara düzgün hazırlaşmırlar. Canpolad idmançı kimi həm də çox yaxşı bir müəllimdir. Bu gün Azərbaycan idmanının başında duran yüksək vəzifə sahibi olan bir çox insana Canpoladın vətənə gətirilməsi sərf etmir. Ona görə də heç yanda onun haqqında nə səs var, nə səda...

- Vaxtı ilə Uşu-Sandada öz sözünü demiş dünya çempionu ilə Gənclər və İdman Nazirliyindən və ya başqa aidiyyatı qurumlardan da maraqlanan olmayıb?

- Canpolad çox insanlara sərf etmir. Prespektivli, cavan, istedadlı bir kadr çoxlarının canına qorxu saldı. Ulu öndərimiz, Heydər Əliyevdən söz istəyərək idmanda olan problemlərdən danışdı. Bu 1999-cu ildə Honkonqdakı dünya çempionatından qayıtdıqdan sonra baş vermişdi.
Canpoladın tələbələrinin bir çoxu hazırda idman sahəsində məhsul verən idmançılardandır. O həm idmançı, həm məşqçi kimi çox effekt verəcək savadlı insandır.
Mən savadlı sözünü söz xatirinə demədim. Canpolad, hələ orta məktəbdə oxuyarkən rəsm kurslarını bitirib, atesstat almışdı. Canpolad həmçinin peşəkar tar ifacisidir, 4 il bu musiqi növündən dərs alıb. Tibb Universitetinin müalicə-profilaktika fakultəsini qırmızı diplomla bitirib, cərrahdır.
Amma heç kim nə maraqlanmayıb, nə də ki səsimizə hay verməyib. Çox qapılar döydük, çox insanlardan kömək istədik, nəticə olmadı.

- Müsahibələrinizin birində demisiz ki, dünya çempionumuzun həyatı təhlükədədir. Həbsxanada yeni erməni rəisin işgəncələrinə məruz qalır. Yenə elə bir işgəncə problem var?

- Bəli, işgəncə ilə bağlı müəyyən problemlərin yaşandığı zamanlar olmuşdu. İndi isə həyatı stabildir. Elə bir qorxu yoxdur. Sadəcə sağlamlığı şübhə altındadır. Ayaqlarına su yığılır, şişmələr olur. Peşəkar idmançıların hamısında olan əks-təsirdir.

- Dustaqlıq həyatı bitdikdən sonra Canpolad Budaqov yenidən Azərbaycana qayıtmaq haqqında düşünrmü?

- Əgər biz oturub Canpoladın cəza müddətini bitirib, Azərbaycana gəlməyini gözləsək gec olar. Çünki qorxuram bu gedişlə o günü görə bilməyək. Yenə təkrar etmək istəyirəm ki, sağlamlığı ciddi təhlükədədir.
Hamımızın bir vətəni var. O da Azərbaycandır. Əlbəttə qayıtmaq onun da, ailəmizin də, anamında ən böyük arzusudur. Qayıtması isə, hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətindən aslıdır. Fürsətdən istifadə edib Ədliyyə Nazirliyinə yeni müavin təyin olunmuş cənab Məhərrəm Əliyevdən xahiş edirəm ki, qardaşım Canpoladın qaytarılmasında bizə yardımçı olsun.

- Bir az əvvələ qayıdaq. Rusiyada həbs olunanda hansısa "oğru aləmi üzvlərinin dəstəsində olduğu da deyildi. Doğrudan da belə idi?

- Xeyir, Canpolad oğru aləmində heç bir dəstəyə üzv olmayıb. Əgər sizin köhnə dostlarınızdan biri oğru aləmində sayılan və seçilən bir insan olursa, sizin də onunla tanış olmağınız, uşaqlıq dostu və onun dəstəsində olmağınız demək deyil axı-¦ Siz sadəcə köhnə dostlarsınız, kimin hansı yolla getməsinə baxmayaraq köhnə dostlar-¦

- Canpolad Budaqovu Azərbaycan idmanından uzaq salan səbəb nə idi? Onu kim və ya nə uzaqlaşdırdı?

- Canpoladı Azərbaycan idmanından uzaqlaşdıran amillər çox idi. Cənab prezident İlham Əliyevin idmana xüsusi diqqəti onu yenidən həvəsləndirmişdi. Elə bu xüsusi diqqətdən də bir çoxları narahatlıq hissi keçirməyə başladı. Hər cür yolla Canpoladı gözdən salmaq üçün şərləməyə başladılar. Canpolad bir yox, əslində iki dəfə tutuldu. O məhkəmələrdə mən olmuşam, hər şeyi də gözlərimlə görüb, qulaqlarımla eşitmişəm. Məhkəmə yox sanki "bozbash pikcersin 45-50 dəqiqəlik filminə baxırdım.
Bir sözlə sanki konsert idi. Hamı yaxşı bilirdi, elə Canpoladın özü də hiss edirdi ki, hamısı qurma və sifarişdir. Məqsəd Canpoladı sakitcə idman arenasından uzaqlaşdırmaq idi, ona da nail oldular.

- İdmançımız təəssüf ki, ilk dəfə narkotik üstündə həbs olunduğu deyildi. Doğrudan da bu cür zərərli vasitərlərdən istifadə edirdi?

- O haqda da deyə bilərəm elə bir idmançı yoxdur ki, narkotikdən istifadə etməsin. Finalqon deyilən bir maz var, o da öz növbəsində bir narkotikdir. Ağrı kəsici dərmanlar da bir narkotikdir. insanin başı ağrıyanda "aksen-forte qəbul edir. Ayaqları ağrıyanda finalqon mazı ilə keyidir. Bədəni ağrıyanda ağrıkəsici qəbul edir. Bu da sizin narkotik...

- Qəribədir ki, hələ də bir idmançı kimi sevilir. Canpolad bə y haqqında axtarış verdim və diqqətimi bir məqam çəkdi. Sosial şəbələrdə heç də onunla bağlı mənfi fikirlər səsləndirilməyib, əksinə ağız dolusu danışırlar. Baxmayarq ki, həbsə düşüb-¦

- Deyirsiz qəribədir ki, sosial şəbəkələrdə onun haqqında müsbət fikirlər yazırlar. Onun haqqında mənfi danışmaq üçün heç bir əsas yoxdur axı-¦

 
- Canpolad Budaqovu ən başda Rusiyaya getməyə vadar edən səbəb nə idi? Onun həbsindəki əsas həqiqət nədir?

- Canpoladı burada sıxmağa başladılar deyə sözün əsil mənasında başını götürüb qaçdı. Çünki ilk məhkumluqda əfv olunduğuna görə bir il tez çıxdı. Bir il tamam olmamış yenidən həbs etdiləır. Yəni burada qalması bəzilərinə sərf etmirdi.
Rusiyada həbsə düşməyinin səbəbi, Samara şəhərində restoranların birində nahar edərkən bir qrup azğınlaşmış erməni dığaları ilə sözlərinin çəpləşməsi olub. Daha sonra həmin insanlarla əlbəyaxa davası düşüb. Nəticədə onlardan bir nəfəri Canpolad tərəfindən öldürlüb. Bəli. İnsanın canını almağı alqışlamıram. O hadisədən sonra bütün riskləri göz önünüə alaraq Samaraya qardaşımın məhkəməsində iştirak etməyə getdim. Orada özü mənə dedi "əgər mən etməsəydim, məni öldürəcəkdilər. Ona görə də qardaşıma haqq qazandırıram.

- Dünya çempionumuz tezliklə həbs azad olunarsa idman sayəsinə bir iş görmək istəyirmi?

- Canpoladın həyatıçox rəngarəng olub. Rəssamlıq, musiqi kimi hobbiləri olub. Ancaq idman onun üçün hobbi deyildi. İdman Canpoladın həyatı idi. Təbii ki, inşallah həbsdən çıxan kimi yenidən idmana qayıdacağına əminəm. Yeni nəsil idmançılar yetişdirmək üçün-¦