İyunun 27-də Varşavada Azərbaycan-Polşa biznes forumu keçirilib.

Unikal.org xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev və Polşa Prezidenti Andjey Duda biznes forumun açılış mərasimində iştirak ediblər.

Dövlət başçıları biznes forumda çıxış ediblər.

Bundan başqa, İlham Əliyev Polşa Senatının marşalı Stanislav Karçevski ilə də görüşüb.