Ukraynanın sərhədini gücləndirmək məqsədilə bir neçə "ölüm batalyonu" Xerson vilayətinin Krımla sərhədinə göndəriləcək.
 
Unikal.org Axar.az-a istinadən xəbər verir ki, bu barədə "Petro Poroşenko Bloku"nun deputatı, Krım tatarlarının lideri Mustafa Cəmilov blokun Feysbuk səhifəsində yazıb.
 
"İşğal olunmuş Krımla sərhədi "ölüm batalyonu" qoruyacaq. Əlbəttə ki, bu batalyonun əsas vəzifəsi silahlı müqavimət olmayacaq. Batalyonun döyüşçüləri ilk növbədə sərhədi qoruyacaq, Xerson vilayətində Ukraynanın varlığını gücləndirəcəklər. Əgər Krımda nəsə qanlı hadisələr baş versə, onda batalyon öz həmvətənlərinə köməyə gedəcək. Ona görə də onlar özlərini "ölüm batalyonu" adlandırırlar", - Cəmilov qeyd edib.