"Mauqli" ləqəbi ilə tanınan dünya şöhrətli kikboksçumuz Zabit Səmədov Qarabağda döyüşmək üçün Azərbaycana qayıdıb.

Unikal.org Milli.az-a istinadən istinadən xəbər verir ki, bu barədə boksçu Feysbuk səhifəsində yazıb: "Cəbhədə baş verənləri eşidən kimi, Bakıya uçdum. Torpaqlarımzın azadalığı uğrunda döyüşməyə hazıram. Amma mənə dedilər ki, hələlik buna ehtiyac yoxdu, ordumuz öhdəsindən gəlir. Neçə gündür, gözləyirəm. Ehtiyac olsa, döyüşə hazıram".