Aprelin 10-u da bir qrup gənc tərəfindən AXCP sədri Əli Kərimlinin evi qarşısında aksiya keçirilib.

Unikal.org-un məlumatına görə, aksiya iştirakçıları Ə.Kərimlinin sosial şəbəkədə qeyd etdiyi anti-Azərbaycan fikirlərinə etirazlarını ifadə edərək müxtəlif şüarlar səsləndiriblər.

Aksiyada gənclər "Əli Kərimli rədd olsun Azərbaycandan", "Vətən xaininin yeri zindandır", "Əli Kərimli ilə eyni ölkənin vətəndaşı olmaq istəmirik!", "Ordumuzun uğuru Əli Kərimlinin faciəsidir", "Bizə birlik lazımdır, xalqı qarşıdurmaya səsləmə!" kimi şüarlar səsləndiriblər.