Fransa polisi və xüsusi xidmət orqanları ölkədə 13 terror aktının qarşısını alıb.
 
Unikal.org Axar.az xəbər verir ki, bunu Fransanın Daxili İşlər naziri Bernar Kaznev açıqlayıb.
 
Nazirin sözlərinə görə, terrorçularla əlbir olmaqda şübhəli bilinən 80 nəfər həbs olunub:
 
"Ölkə polisi və xüsusi xidmət orqanlarının səyləri nəticəsində 13 terror aktının qarşısı alınıb. İlin əvvəlindən terrorçuluq fəaliyyəti ilə əlaqədar 80 nəfər həbs olunub".