Şəmkirdə baş verən partlayış nəticəsində Şəki sakini ağır yaralanıb.

Unikal.org Kəpəz TV-yə istinadən xəbər verir ki, Şəmkir rayonunun Yenihəyat kəndində vətəndaşa məxsus tikinti materialları mağazasının anbarında bu gün səhər saatlarında partlayış baş verib. Nəticədə mağazada çalışan Şəki rayon sakini Laçın Adamov ağır yanıq xəsarəti alıb. Dərhal Şəmkir Mərkəzi Rayon xəstəxanasına çatdırılan yaralıya bədənin 50 faizinin texniki yanığı diaqnozu qoyulub. Vəziyyəti ağır olduğundan Laçın Adamov Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına göndərilib.

Obyekt sahibi Nürəddin Orucovun sözlərinə görə, ötən gün Şəkidən Şəmkirə işləmək məqsədliylə gələn Laçın Adamov qalmağa yeri olmadığından 1 gecəlik yardımçı tikilidə qalmağı xahiş edib. Tikilinin yaxınlığından keçərək kəndə gedən qaz xəttində sızma nəticəsində otağa dolan qaz işığın yandırılması nəticəsində partlayışa səbəb olub. Hadisə yerinə çağrılan yanğınsöndürmə briqadası alovun yayılmasının qarşısını alıb. Fakt Şəmkir rayon hüquq mühafizə orqanları tərəfindən araşdırılır.

-----------

09:31

Fövqəladə Hallar Nazirliyi Şəmkirdə baş vermiş partlayışla bağlı məlumat yayıb.

Milli.Az-ın məlumatına görə, məlumatda bildirilir ki, bu gün səhər saatlarında Şəmkir rayonu, Yeni Həyat kəndində (rayon mərkəzindən 8 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 300 kv.m olan taxta yeşiklərin emalı sexinin ərazisində sahəsi 50 kv.m olan gözətçi otağında yanğınla nəticələnən partlayış baş verib.

Partlayış zamanı otağın qapı-pəncərə çərçivələri, lambirindən ibarət tavan dağılmış və otağın yanar konstruksiyaları yanıb. Partlayış zamanı 1 nəfər yanıq xəsarəti alıb. Gözətçi otağın qalan hissəsi və yaxınlıqdakı sex yanğından mühafizə olunub. Yanğın saat 07:45-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

-----------

09:09

Şəmkirdə baş verən partlayış nəticəsində Şəki sakini ağır yaralanıb.

Milli.Az bildirir ki, Kəpəz TV-yə (Region TV) verilən məlumata görə, hadisə bu gün səhər saatlarında Şəmkir rayonunun Yenihəyat kəndində vətəndaşa məxsus tikinti materialları mağazasının anbarında baş verib.

Nəticədə mağazada çalışan Şəki rayon sakini Laçın Adamov ağır xəsarəti alıb. Dərhal Şəmkir Mərkəzi Rayon Xəstəxanasına çatdırılan yaralıya  bədənin 50 faiz texniki yanığı diaqnozu qoyulub. Vəziyyəti ağır olduğundan Laçın Adamov Gəncəyə göndərilib.

İlkin ehtimala görə, hadisəyə səbəb zərərçəkənin qaz balonu ilə ehtiyatsız davranması olub.

Fakt Şəmkir rayon hüquq mühafizə orqanları tərəfindən araşdırılır.