Bakı bulvarında intihara cəhd olub.
Unikal.org lent.az-a istinadən xəbər verir ki, gecə saatlarında 1942-ci il təvəllüdlü Yaqubov Tofiq Ağahüseyn oğlu Dənizkənarı Milli Parkda ozünü dənizə atmaqla intihara cəhd edib. Bulvar İdarəsinin mühafəzəçiləri T.Yaqubovun həyatını xilas edib.
74 yaşlı kişi bildirib ki, uzun müddətdir böyrək xəstəliyindən əziyyət çəkir.