Bu gün Egey dənizində Yunanıstan sahil mühafizə xidmətinə aid qayıqdan türk bayrağı ilə üzən yük gəmisinə atəş açılıb.

Unikal.org-un "Hürriyetə istinadən verdiyi məlumata görə, hadisə Rodos adası yaxınlığında baş verib. Türkiyənin İskəndərun limanından götürdüyü dəmir və poladı İzmitə daşıyan M/V ACT adlı, Türkiyə bayrağı ilə üzən quru yük gəmisi yunan sahil mühafizə kateri tərəfindən atəşə məruz qalıb. Xəbərdarlıq məqsədilə açılan atəş nəticəsində gəminin göyərtəsinə 16 güllə dəyib.

Gəminin kapitanı Sami Kalkavan "CNN Türkə açıqlamasında bildirib ki, yunanlar onlardan Rodos sahilinə yönəlməyi tələb ediblər və gəmidə axtarış aparmaq istəyiblər: "Biz bu tələbi rədd etdik. Dayanmasaq, atəş açacaqlarını dedilər və dediklərini etdilər. Hazırda gəmidə 16 dəlik görünür. Gəmiyə suyun dolması təhlükəsi yoxdur, amma böyük təhlükədən qurtulduq. İndi Türkiyə ərazi sularındayıq.