20 May 2019
19 May 2019
Daha bir nəfər batdı- bu dəfə Şəmkirdə
Daha bir nəfər batdı-bu dəfə Şəmkirdə HADİSƏ 22:47 2017-07-03

Şəmkirdə 16 yaşlı yeniyetmə su kanalında batıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinə Şəmkir rayonu, Qaracəmirli kəndi ərazisindən keçən suvarma kanalında 1 nəfərin batması barədə məlumat daxil olub.

Dərhal Xidmətin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunaraq 2001-ci il təvəllüdlü Elvin Səyavuş oğlu Hüseynovun cəsədini sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 21:11-də başa çatıb.