Türkiyənin şimal-qərbində naməlum şəxs məhkəmə binasında atəş açıb. Nəticədə bir polis zabiti ölüb.

Unikal.org TASS-a istinadən xəbər verir ki, bu barədə "Hurriyet" qəzeti yazıb.

Məlumata görə, cani, həmçinin vəkili yaralayaraq bir nəfəri girov götürüb.

İnsident Bursa əyalətinin Gömlik şəhərində baş verib. Cinayətkarın şəxsiyyəti hələ müəyyən edilməyib.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və "təcili yardım" maşınları cəlb olunub.