Şimali Koreyanın yeni ballistika raketinin uçuş mənzili 8 min kilometrədək təşkil edir.

Unikal.org-un məlumatına görə, bunu TASS agentliyinə Cənubi Koreyanın Qərargah Rəisləri Komitəsindəki mənbə deyib.

O qeyd edib: "Bizim hesablamalarımıza görə, 8 min km-dək uça bilən həmin raket bütün Alyaskanı, həmçinin Avropanın böyük bir hissəsini darmadağın edə bilər".