2 gün öncə balaca Zəhranın başına gələn hadisə göstərir ki, uzun illər torpaqlarımızı işğal altında saxlayan Ermənistan hakimiyyəti hərbi-kriminal rejimdə işləyir, atəşkəsi pozaraq dinc əhalini öz evində, öz torpağında öldürür.

Unikal.org-un məlumatına görə, bunu Prezident Administrasiyası Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusif Məmmədəliyev bu gün Şirvan şəhərində yeni inşa edilmiş "Gənclər evi nin açılış mərasimində deyib.

O bildirib ki, ölkə Prezidenti və Birinci vitse-prezidentin istəyi və məqsədi Azərbaycan gəncini ağıllı, savadlı, xoşbəxt görməkdir:

"Regionnlarda belə mərkəzlərin tikilməsi gənclərin oxumaq, öyrənmək, öz bilik və bacarıqlarını təkmilləşdirmək, ünsiyyət yaratmaq asudə vaxtlarından səmərəli istifadə ütmək üçün ideal məkandır. Azərbaycan gəncləri bu gün çox məsuliyyətli bir dövr yaşayır".

Xatırladaq ki, iyulun 4-də axşam saatlarında erməni silahlı birləşmələri Füzuli rayonunun Alxanlı kəndini minaatanlardan atəşə tutub. Təxribat nəticəsində Alxanlı kənd sakinləri - 1966-cı il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun nəvəsi 2016-cı il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olub, 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı isə ağır yaralanıb.