Bakıda intihar hadisəsi baş verib.
Unikal.org xəbər verir ki, hadisə şahidlərinin APA-ya verdiyi məlumata görə, naməlum qadın özünü Süleyman Tağızadə küçəsi 39/11 ünvanında yerləşən binadan ataraq intihar edib. Hadisə yerinə polis əməkdaşları gəliblər.
Faktla bağlı araşdırmalar aparılır.
***
Musavat.com xəbər verib ki, hüquq-mühafizə orqanları əməkdaşlarının apardıqları ilkin araşdırmadan sonra dünyasını dəyişən şəxsin 50 yaşlı Ruxsarə Əliyeva olduğu müəyyən edilib. Meyit müayinə olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə aparılıb. Ətrfada yaşıyan şəxslərin sözlərinə görə, qadının psixoloji problemləri olub. Faktla bağlı Yasamal Rayon Prokrorluğunda araşdırma aparılır.