TTV (Region TV) xəbər verir ki, Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində baş verən son hərbi əməliyyatlar zamanı şəhid olan gizir Mirsalam Cəfərov doğulub boya-başa çatdığı Tovuz rayonunda torpağa tapşırılıb. Onun qismətinə anadan olduğu gündə şəhid olmaq yazılıbmış.
Mirsalam Cəfərov Goranboy rayonu istiqamətində düşmənin kəşfiyyat-diversiya qrupunun basqınının qarşısını alarkən əks-hücum təşkil edib və düşmənin 2 yüksəkrütbəli zabitini və 10-dan çox hərbçisini məhv edib. O, eyni zamanda yaralı yoldaşlarının da köməyinə çataraq onları xilas edib. Şəhid yaylım atəşinin sədaları altında son mənzilə yola salınıb.