Almaniyanın Hamburq şəhərində "G-20 zirvə toplantısı çərçivəsində Türkiyə və Rusiya prezidentləri Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin arasında ikitərəfli görüş başlayıb.

Unikal.org xarici mediaya istinadən xəbər verir ki, Ərdoğan və Putinin görüşü Hamburq Konfrans Mərkəzində reallaşıb. Görüşdə Türk heyətində Baş nazirin köməkçisi Məmməd Şimşək, xarici işlər naziri Mövlud Çavuşoğlu, İqtisadiyyat naziri Nihat Zeybekci, Enerji və Təbii Qaynaqlar naziri Berat Albayrak, MİT Məsləhətçisi Hakan Fidan və Prezidentin baş katibinin müavini və sözçüsü İbrahim Qalın da iştirak edir.