Xəbər verdiyimiz kimi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Almaniyanın Hamburq şəhərində təşkil edilən G20 sammitində iştirak edir.

Unikal.org xəbər verir ki, dünya liderləri ilə müxtəlif təmaslarda olan prezident Ərdoğan, ABŞ prezidenti Donald Tramp ilə olduqca səmimi bir görüntüsü dünya mediasının diqqətini cəlb edib.

Tramp ilə Ərdoğan arasındakı səmimi görüşməni görən Almaniya Baş naziri Angela Merkelin üz ifadəsi obyektivlərdən qaçmayıb. Dünya mediası Merkel Trampı Ərdoğana qısqandığından yazır.