İtaliyanın Neapol şəhəri yaxınlığında yaşayış binasının bir hissəsi çöküb.

Unikal.org-un məlumatına görə, çökmə nəticəsində 8 nəfər ölüb. Onların cəsədləri binanın dağıntıları altından çıxarılıb.

Həlak olanlar arasında iki azyaşlı 8 və 11 yaşlı uşaq da var. Beşmərtəbəli binanın dağıntıları arasında axtarış işləri aparılır.