Ermənistan tərəfinin guya Azərbaycan hərbçilərinin erməni əsgərlərinin meyitlərini təhqir etməsi barədə yaydığı məlumatlar həqiqəti əks etdirmir.
Unikal.org xəbər verir ki, bu barədə Trend-ə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat veriblər.
Qeyd olunub ki, Ermənistan tərəfi belə bəyanatlarla dünya ictimaiyyətinin diqqətini Dağlıq Qarabağ münaqişəsində yanlış tərəfə yönəltməyə, özlərinə haqq qazandırmağa və azərbaycanlıları vəhşilikdə ittiham etməyə çalışır: 
"Azərbaycan Müdafiə Nazirliyi bəyan edir ki, erməni əsgərlərin meyitləri üzərində heç bir işgəncə və təhqiramiz hərəkət olmayıb".
Mətbuat xidmətindən qeyd ediblər ki, ölənlərin və onların ailələrinə qarşı humanist düşüncələrə görə və onların emosional vəziyyətini nəzərə alaraq erməni tərəfinin azərbaycanlı hərbçilərinin meyitləri üzərində müxtəlif təhqiramiz hərəkətlərə yol verməsi faktlarını bəyan etmədik.