Monqolustanda keçirilən yeddinci prezident seçkilərinin ikinci turunda parlamentdə azlıqda olan Demokratik Partiyanın namizədi, rəssam və keçmiş cüdoçu Xaltmaaqiyn Battulqa qalib gəlib.

Unikal.org
xarici mətbuata istinadən xəbər verir ki, ilkin hesablamalara əsasən, Battulqa səslərin 50,6 faizini toplayıb. Seçki komissiyaları hələ də səslərin sayılmasına tam yekun vurulmasını gözləyir.

Qeyd edək ki, ilk turda prezident postuna üç namizədin heç biri 50 faizdən çox səs yığa bilmədiyi üçün ölkədə seçkilərin ikinci turu keçirilib. Səsvermədə seçicilərin 60,9 faizi iştirak edib.(azvision.az)