Türkiyədə xəbər aparıcısı dostunu güllələyib.

Unikal.org-un Türkiyə mətbuatına istinadən məlumatına görə, hadisə Bəyoğlunda baş verib.

Flash TV-nin xəbər aparıcısı Gökhan Taşkın səhərə yaxın əyləncə məkanlarının birindən çıxarkən silahla dostunun topuğundan atəş açıb. Saxlanılan aparıcı ilkin ifadəsində "sərxoş idim, qəza oldu" deyib.