ABŞ prezidenti Donald Trampın güclü külək səbəbindən hərbi papağı yerə düşən əsgərə kömək cəhdi uğursuz olub.

Unikal.org-un "NBC News"a istinadən məlumatına görə, Tramp ABŞ-ın Dəniz Piyadaları Korpusunun vertolyotunun göyərtəsində yaxınlaşanda güclü küləyin əsgərlərin birinin papağını başından çıxardığını görüb.

Əsgər qaydalara əsasən əllərini yanına salaraq hərəkətsiz dayanıb. Prezident hərbi papağı yerdən qaldıraraq onu əsgərin başına qoyub. Lakin külək dərhal yenidən əsgərin baş geyimini pozub.

Səyləri uğursuz nəticələnmiş ABŞ lideri əllərini əsgərin çiyninə vurub və hərbi vertolyotun göyərtəsinə qalxıb.(report)