Fox TV-də yayımlanan Zuhal Topalın aparıcılıq etdiyi izdivac verilişində gəlin namizədlərdən biri hamilə ikən özünə ər axtarmağa gəlib.
Unikal.org Milli.Az-a istinadən xəbər verir ki, gəlinin hamilə olmasını verilişi hazırlayanlar bilsələr də, onlar məsələni gizli saxlayıblar.
Məlum olub ki, o, bir müddət əvvəl verilişə qatılan bəy namizədindən hamilədir. 
Qeyd edək ki, bir müddət əvvəl gəlin namizəd Timuçin adlı bəydən xoşlanaraq onunla çay içmək istədiyini deyərək verilişdən ayrılmışdı.