Rusiya Azərbaycan və Ermənistana silahı maraqları balanslaşdıraraq satır.
Unikal.org anspress-ə istinadən məlumatına görə, bunu Rusiya baş nazirinin müavini Dmitri Roqozin bəyan edib."Exo Moskvı" radiosuna açıqlama verən nazir müavini deyib ki, əgər Moskva Dağlıq Qarabağ münaqişəsi tərəflərinə silah satışından əl çəkərsə, Rusiyanın yerini ABŞ və digər ölkələr tutacaq.
"Biz Azərbaycan və Ermənistana silahı maraqların balansına əməl etməklə satırıq. Biz tərəflərə silah satışını həyata keçirəndə çox dəqiq bilirik ki, müəyyən balans var və məhz bu balans münaqişənin ciddi müharibəyə çevrilməsinin qarşısını alan faktordur. Biz bölgədən gedən kimi, Azərbaycan və Ermənistan ilə hərbi-texniki əməkdaşlığı dayandıran zaman ərazidə siyasətdə daha böyük qüvvələr peyda olacaq və onlar əsl real müharibə yaradacaqlar". Roqozin deyib ki, atəşi silah yox, insanlar açırlar. 
Onun sözlərinə görə, bu qeyd edilən ölkələrə hücum silahlarının çatdırılması üzündən ola bilər. 
Dağlıq Qarabağda son hadisələrin nəticələrini şərh edən D.Roqozin deyib: "Artıq aydın olur ki, dondurulmuş münaqişələri nizamlamaq lazımdır. Ona görə ki, donmuş münaqişələr vaxtaşırı fəallaşır". Rusiyalı nazir müavini bir daha münaqişənin sülh yolu ilə həllinə qayıtmaq lazımdır. 
Baş nazirin müavini aprelin 2-də təmas xəttində vəziyyət gərginləşdikdən sonra silah saışı ilə bağlı məsələyə aydınlıq gətirmişdi. Ötn həftə baş nazir Dmitri Medvedevlə birlikdə Bakıya gələn Roqozin bir neçə gün öncə də açıqlama verərək Ermənistanın şikayətinə baxmayaraq Rusiyanın Azərbaycana silah satışına davam edəcəyini deyib. 
"Rusiya Azərbaycana silah satışını davam etdirəcək". O bildirib ki, silah satışı mövcud müqavilələrə uyğun həyata keçiriləcək. "Hər şey müqavilələrə uyğun olacaq. Hər iki ölkə - Azərbaycan və Ermənistan strateji tərəfdaşımızdır", - deyə o vurğulayıb.
Cəbhə bölgəsindəki döyüş əməliyyatlarından sonra Bakıya səfər edən Rusiyanın baş naziri Dmitri Medvedev də ölkəsinə qayıdandan sonra silah satışı məsələsinə aydınlıq gətirib. Rus nazir jurnalistin "Azərbaycan və Ermənistana silah satışı davam edəcəkmi?" sualına o belə cavab verib: "Rusiya hər iki ölkə ilə əməkdaşlıq əlaqələrinə malikdir. Rusiyanı həm Ermənistan, həm də Azərbaycanla çoxəsrlik münasibətlər bağlayır. Burada hər şey aydındır. Siyasi və hərbi məsələlərdə də Rusiya hər iki ölkəyə eyni gözlə baxır".