550 vətəndaşı işlə təmin edəcək fabrikin inşasına başlanılıb.

İqtisadiyyat Nazirliyindən Unikal.org-a verilən məlumata görə, Mingəçevir Sənaye Parkında milli tekstil brendləri yaradılacaq.

Belə ki, Sumqayıt Kimya Sənaye Parkı tərəfindən Mingəçevir Sənaye Parkına ilk rezident qəbul edilib. Yeni yaradılacaq Mingəçevir Tekstil MMC tərəfindən sənaye parkında Almaniya, İsveçrə, Yaponiya və Türkiyə texnologiyaları əsasında ildə 20 min ton iplik istehsal edəcək fabriklər inşa ediləcək. Müəssisələrdə 550 iş yerinin açılması nəzərdə tutulur.

Artıq fabriklərin inşasına başlanıb.