"Azərbaycan Prezidenti İlham Əliyev Ermənistan silahlı qüvvələrinin Füzuli rayonun Alxanlı kəndində dinc əhalinin ataşə tutması məsələsinin tez bir zamanda beynəlxalq aləmdə ictimailəşdirilməsi barədə tapşırıq vermişdi".

Unikal.org xəbər verir ki, bunu Milli Məclis sədrinin müavini, Azərbaycanın ATƏT-in Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Bahar Muradova deyib.

O, bu məsələnin tez bir zamanda beynəlxalq aləmdə ictimailəşdirilməsi istiqamətində görülən işləri müsbət dəyərləndirib.
ATƏT PA-nın Minskdə keçirilən 26-cı sessiyasında ermənilərin Alxanlıda törətdikəri təxribat barədə ətraflı məlumat verdiyini, Qarabağ probleminin həlli üçün ATƏT-in institutları ilə koordinasiya olunan şəkildə fəaliyyət göstərərək bu kimi hərəkətlərə son qoyulması ilə bağlı təkliflər irləi sürdüyünü də vurğulayan B.Muradova müdafiə naziri general-polkovnik Zakir Həsənovun dərhal cəbhə bölgəsinə getməsini, zərərçəkənlərin ailələrinə baş çəkməsini, faciə qurbanlarına ehtiramını bildirməklə, onların doğmalarının kədərinə şərik olmasını cəbhəboyu rayon əhalisi tərəfindən minnətdarlıqla qarşılandığını qeyd edib və Füzulidən olan seçicilərinin minnətdarlığını bir daha Müdafiə Nazirliyinin rəhbərliyinə çatdırıb, füzulililərin Ali Baş Komandanın ətrafında daha sıx birləşdiklərini, ölkə başçısının müdrik və qətiyyətli siyasətinə, güclü ordumuza arxalandıqlarını bəyan edib.