"Ordumuz düşmənə sarsıdıcı zərbələr endirdi. Zəhranın və nənəsinin qanı yerdə qalmadı. 

Unikal.org-un  xəbərinə görə, bunu Azərbaycan prezidenti İlham Əliyevin Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda deyib.
Ötən ay Ermənistanın törətdiyi təxribat nəticəsində bir hərbçimizin şəhid olduğunu, lakin ordumuzun yenə də düşmənə layiqli cavab verdiyi deyən prezident İlham Əliyev bir neçə gün öncə Füzuli rayonunun Alıxanlı kəndində törədilən təxribatın qurbanı olan balaca Zəhranın və onun nənəsinin qətlə yetirilməsini hərbi cinayət kimi qiymətləndirib. Bunu Ermənistan siyasi rəhbərliyinin üzünü və erməni faşizminin eybəcər sifətini bütün dünyaya nümayiş etdirdiyini bildirdi. "Bu cinayət cavabsız qoyulmadı, - deyə Azərbaycan prezidenti vurğulayıb.
İlin birinci yarısında Azərbaycanın Dağlıq Qarabağ münaqişəsində haqlı mövqeyi ilə bağlı bir çox irəliləyişlərin olduğunu deyən Azərbaycan prezidenti İlham Əliyev bu ilin əvvəlində separatçı rejimin keçirdiyi qondarma "referendumun dünya birliyi və beynəlxalq təşkilatlar tərəfindən tanınmadığını diqqətə çatdırıb: "Bununla da, beynəlxalq aləm Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi tanıdığını bir daha bəyan edib. Ötən ilin aprelində baş verən hadisələrdən sonra Ermənistanın danışıqların bərpası ilə bağlı irəli sürdüyü şərtlər heç bir nəticə verməyib. Dünən xarici işlər nazirləri görüşüb, Azərbaycan tərəfindən heç bir şərt qəbul olunmadan danışıqlar bərpa edilib və beləliklə işğalçı ölkə məcbur olaraq danışıqlar masasına qayıdıb.
Münaqişənin həlli ilə bağlı təzyiqlər artanda Ermənistanın hər zamana təxribata əl atdığını deyən prezident İlham Əliyev bildirib ki, bunu illər öncə Ermənistan parlamentində baş verən terror aktı, 2014-cü ildə Paris danışıqlarından sonra cəbhədə vəziyyətin gərginləşməsi, həmçinin 2016-cı ilin aprelində təmas xəttində törədilən təxribatın qarşısının ordumuz tərəfindən layiqincə alınması da təsdiqləyir.

***

"ABŞ-Azərbaycan əlaqələri yeni mərhələyə qədəm qoyub.

Unikal.org-un xəbərinə görə, bunu Azərbaycan prezidenti İlham Əliyev bu gün Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxışı zamanı söyləyib.
Bakıda keçirilmiş 24-cü Beynəlxalq Neft və Qaz Sərgisinə ABŞ prezidenti Donald Trampın ünvanlandığı məktubun əhəmiyyətindən danışan dövlət başçısı ABŞ dövlət katibi ilə bir neçə gün öncə İstanbulda keçirdiyi görüşü də yüksək qiymətləndirib.

***

"2017-ci ildə Azərbaycan uğurla inkişaf edib, qarşıda duran vəzifələr icra olunub.

Unikal.org-un xəbərinə görə, bunu Azərbaycan prezidenti İlham Əliyev bu gün Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxışı zamanı söyləyib.
Dövlət başçısı deyib ki, dünyada narahatedici məqamların çoxalmasına baxmayaraq, ölkəmizdə sabitlik möhkəmlənib və bu sabitliyin mənbəyində Azərbaycan xalqı dayanıb.
Azərbaycanda bütün sosial-iqtisadi məsələlərin uğurla həllini tapdığını, təhlükəsizlik tədbirlərinin yüksək səviyyədə olduğunu deyən prezident İlham Əliyev bu ilin 6 ayında Azərbaycanın beynəlxalq əlaqələrinin daha da fəallaşdığını, dünyada böyük hörmətə malik ölkəmizin dostlarının sayının çoxaldığını, beynəlxalq təşkilatlarda fəallıq göstərildiyini diqqətə çatdırıb.
İlin əvvəlindən 10 ölkəyə səfər etdiyini deyən prezident İlham Əliyev vurğulayıb ki, bu səfərlərin coğrafiyası Azərbaycanın xarici siyasətinin milli maraqlara xidmət etdiyini təsdiqləyir. İl ərzində ölkəmizdə bir neçə mötəbər tədbirin - V Qlobal Bakı Forumunun, IV Mədəniyyətlərarası Dialoq Forumunun keçirildiyini deyən dövlət başçısı bu tədbirlərin ölkəmizə olan münasibəti və hörməti əks etdiyini və dünyada gedən proseslərə müsbət təsir göstərdiyini bildirib.
Azərbaycanın IV İslam Həmrəyliyi Oyunlarına yüksək səviyyədə ev sahibliyi etdiyini deyən prezident İlham Əliyev milli komandamızın bu oyunlarda birinci yeri tutduğunu, bunun da Azərbaycanın güclü idman dövləti olmasından irəli gəldiyini qeyd edib.

***

"Bu yaxınlarda özünəməşğulluq proqramına start veriləcək".

Unikal.org xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında deyib.
Onun sözlərinə görə, bu məqsədlə ilkin vəsait Prezidentin Ehtiyat Fondundan ayrılacaq. İlkin mərhələdə 5-10 min ailənin bu proqramdan yararlanması üçün tədbirlər görülüb. Dövlət başçısı bu hədəfə nail olunmaqla işsizliyin aradan qaldırılacağını, bununla da ünvanlı sosial yardıma ehtiyacın qalmayacağını bildirib.

***

Bu ilin I yarısında Azərbaycanda 122 min yeni iş yeri açılıb ki, bunun da 101 mini daimidir.

Unikal.org xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasda deyib.
Dövlət başçısı həmçinin əlavə edib ki, hesabat dövründə Azərbaycandan ixrac 36% artıb, Azərbaycana idxal isə 15% azalıb. Ölkənin xarici ticarətində 1,9 mlrd. ABŞ dolları məbləğində müsbət saldo yaranıb.
Azərbaycanda makroiqtisadi sabitliyin təmin olunduğunu, manatın məzənnəsinin sabitləşdiyini, tələbatın daha çox yerli istehsal hesabına ödənildiyini deyən dövlət başçısı növbəti dövr üçün prioritetlərin dəyişməz qaldığını, qeyri-neft sektorunun inkişafının əsas məsələ olduğunu, ölkə üzrə sənaye parklarının yaradıldığını, oradakı rezidentlərin sayının artdığını deyib. Hazırda yeni istehsal müəssisələrinin fəaliyyətə başlaması istiqamətində iş aparıldığını qeyd edən İ. Əliyev aqrar sahədə görülən tədbirlər nəticəsində 32 iri fermer təsərrüfatının 38 aqroparkın yaradıldığını, pambıqçılığın, baramaçılığın, tütünçülüyün, çayçılığın inkişafı, fındıq və badam bağlarının salınması, kartof, soya və şəkər çuğunduru əkininin genişləndirilməsi, heyvandarlığın müasir texnologiyalarla inkişaf etdirilməsi ilə bağlı tapşırıqlar verib. Taxılçılıqda idxaldan asılılığın azaldılmasını, buğda əkini sahələrinin genişləndirilməsini, meliorativ tədbirlərin davam etdirilməsini və suvarılan torpaqların artırılmasını qarşıda vəzifə kimi qoyan dövlət başçısı hazırda paytaxtda inşaat sektorunun canlandığını, yararsız və qəzalı binaların yerində yeni binalarıpn tikildiyini, infrastruktur layihələrinin icrasının davam etdirildiyini diqqətə çatdırıb.