Böyük Britaniyanın "Petrowell neft servis şirkətinin filialı "Petrowell Caspian LTD Azərbaycandakı nümayəndəliyinin bağlanması barədə elan edib.

Unikal.org-un Trend-ə istinadən məlumatına görə, şirkətin kreditorları öz tələblərini növbəti iki ay ərzində Bakı, M.Muxtarov küçəsi 203A, 37 ünvanına irəli sürə bilərlər.

Qeyd edək ki, "Petrowell şirkəti müxtəlif neft-qaz avadanlığının layihələndirilməsi, hazırlanması, istehsalı və sınaqdan keçirilməsi sahəsində ixtisaslaşır.