Prezident İlham Əliyev Helmut Mantsenrayterin Avstriya Respublikasının Klaqenfurt am Vörterse şəhərində Azərbaycan Respublikasının fəxri konsulu təyin edilməsi haqqında sərəncam imzalayıb.

Unikal.org xəbər verir ki,dövlət başçısının imzaladığı digər sərəncamlarla Andreas Köniqsberqer Avstriya Respublikasının Sankt Pölten şəhərində, Tarıg Hamza Zeynəlabdin isə Azərbaycanın Sudanda fəxri konsulu təyin edilib.

Xarici İşlər Nazirliyinə sərəncamlardan irəli gələn məsələləri həll etmək tapşırılıb.