Prezident İlham Əliyev S.A.İsmayılovun "Şöhrət ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. 

Unikal.org-un məlumatına görə sərəncamda deyilir: 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasında dövlət qulluğunda səmərəli fəaliyyətinə görə Süleyman Abbas oğlu İsmayılov "Şöhrət ordeni ilə təltif edilsin".